Azərbaycan Şahmat Federasiyası (AŞF) ilk dəfə bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” (“Chess Tour Azerbaijan”) layihəsini həyata keçirəcək. Bu barədə SİA-ya AŞF-nin mətbuat xidmətindən məlumat verilib.
2025-ci ildə ilk dəfə reallaşacaq “Azərbaycan Şahmat Turu”nda ölkədə 8 beynəlxalq açıq turnir təşkil olunacaq. Bütün yarışlar beynəlxalq xarakter daşıyacaq və ölkə üzrə şahmatçıların təcrübəsini artırmağa imkan verəcək.
Şahmat turu Bakıdan başlayacaq. Aprelin 28-dən etibarən paytaxtda “Baku Open” beynəlxalq şahmat festivalına start veriləcək. İyunun 18-25-i aralığında “Sheki Open”, 26 iyun-3 iyulda “Shamakhı Open”, 6-13 iyulda “Lankaran Open”, 15-22 iyulda “Guba Open”, 11-18 noyabrda “Ganca Open”, 19-26 noyabrda isə “Shirvan Open” keçiriləcək.
“Azərbaycan Şahmat Turu” çərçivəsində həm də “Vüqar Həşimov Open” turniri baş tutacaq.
Qeyd edək ki, bütün turnirlərdə yerli şahmatçılarla yanaşı, xarici iştirakçıların, o cümlədən beynəlxalq qrossmeysterlərin iştirakı planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə