Pley-in mərhələsində son görüşlər baş tutacaq

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində bu gün son görüşlər baş tutacaq. SİA-nın məlumatına görə, bu matçlardan sonra pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.

Bakı İdman Sarayında “Abşeron” NTD-ni qəbul edəcək. Komandalar arasında baş tutan ilk oyunda “Abşeron” (88:74), ikinci görüşdə NTD (67:63) qələbə qazanmışdı.

Digər matç Sumqayıt Olimpiya İdman Kompleksində “Sumqayıt”la “Sərhədçi” arasında keçiriləcək. Komandaların ilk görüşündə “Sərhədçi” (123:97), ikinci matçında isə “Sumqayıt” (100:97) qələbə qazanmışdı.

Hər iki qarşılaşma saat 19:00-da başlayacaq.

Qeyd edək ki, daha əvvəl "Gəncə" "Lənkəran"ı (96:92, 100:74), "Ordu" "Quba"nı (88:74, 92:88) məğlub edərək pley-offa yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə