UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmalarına start verilir
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşmalarına bu gün start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə iki görüş baş tutacaq.
“Borussiya” doğma meydanda “Barselona”nı qəbul edəcəksə, PSJ səfərdə “Aston Villa”nın qonağı olacaq.
UEFA Çempionlar Liqası
1/4 final, cavab oyunları
23:00. “Borussiya” (Dortmund, Almaniya) - “Barselona” (İspaniya)
İlk oyun - 0:4
23:00. “Aston Villa” (İngiltərə) - PSJ (Fransa)
İlk oyun - 1:3.
Qeyd edək ki, 1/4 finalın digər iki cavab görüşü sabah keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə