"Bavariya"nın qapıçısı antirekorda imza atıb

Almaniyanın “Bavariya” komandasının qapıçısı Yonas Urbiq antirekorda imza atıb.

SİA xəbər verir ki, o, Münhen təmsilçisinin tarixində Bundesliqada debüt etdiyi mövümün ilk beş oyununda qol buraxan yeganə qolkiper olub.

21 yaşlı oyunçu “Bohum" (2:3), "Union" (1:1), "Sankt-Pauli" (3:2), "Auqsburq" (3:1) və "Borussiya Dortmund”la (2:2) matçlarda qapısında top görüb.

Qeyd edək ki, gənc qapıçı mart ayının əvvəlində baldır əzələsindən zədə alan Manuel Noyerin əsas əvəzləyicisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə