"Real"ın məşqində dava düşüb. SİA xəbər verir ki, bu barədə ispaniyalı jurnalist Edu Agirre məlumat verib.
Onun sözlərinə görə, Antonio Rüdiger və Cud Bellinqem arasında gərginlik yaşanıb: "Real"in paltardəyişmə otağında ən gərgin həftələrdən biri idi. Çərşənbə günündən etibarən oyunçular çox çətinliklərdən keçməli olduqlarını hiss ediblər. Çünki bir neçə gün ərzində mövsüm təhlükə altında idi. Cümə günü məşq zamanı 2 futbolçu arasında ciddi dava düşüb. Bellinqem və Rüdiger arasında gərginlik yaşanıb.
Məşq zamanı oyunçulardan biri uğursuz çıxış edib. Bunun müqabilində tənqid olunub. Sonda hər iki futbolçu bir-birilə aqresiv şəkildə danışıb. Sonra komanda yoldaşları onları ayrılmalı olublar”.
Bütün xəbərlər Facebook səhifəmizdə