"Zirə"nin futbolçusu David Volkov zədə səbəbindən 3 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə SİA-ya klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.
O, Misli Premyer Liqasının XXX turunda, "Neftçi" ilə keçirilən oyununun (4:2) 64-cü dəqiqəsində rəqib futbolçu Ervin Koffi ilə toqquşaraq sifətindən xəsarət alıb.
Qeyd edək ki, aldığı zədədən sonra qarşılaşmanı davam etdirə bilməyən David Volkov 66-cı dəqiqədə Georgi Papunaşvili ilə əvəzlənib.
Bütün xəbərlər Facebook səhifəmizdə