AFFA Məşqçilər Komitəsinin üzvləri Ayxan Abbasovla görüşüblər

AFFA Məşqçilər Komitəsi Azərbaycanın U-21 millisinin baş məşqçisi Ayxan Abbasovla görüşüblər. Bu barədə SİA-ya qurumun sədri Vaqif Sadıqov məlumat verib.

O, baş məşqçi ilə qarşıdakı planlar haqqında fikir mübadiləsi aparıldığnı bildirib:

“Məşqçilər Komitəsi olaraq Ayxan Abbasovla görüşdük, qarşıdakı planlarla bağlı fikir mübadiləsi apardıq. Antalyada təşkil olunan təlim-məşq toplanışı və komandanın keçirdiyi oyunların nəticələrini müzakirə etdik. Ayxan istedadlı tələbələrimizdəndir, ona uğurlar arzulayıram. Millidə yaxşı nəticələr qazanacağına əminəm. Görüşdə ona uğurlar arzuladıq”.

Qeyd edək ki, A.Abbasov bu ilin martında U-21 millisinin baş məşqçisi vəzifəsinə təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə