Azərbaycan millisinin yunan-Roma güləşçisi Həsrət Cəfərovun SİA-ya müsahibəsini təqdim edirik:
- Slovakiyanın Bratislava şəhərində güləş üzrə Avropa çempionatında iştirak edərək üçüncü dəfə Avropa çempionu olduz. Qələbənizi necə şərh edərdiniz?
- Sevinirəm ki, titulumu qoruyub-saxlaya bildim. Buna görə Allahıma təşəkkür edirəm ki, mənə bu hissləri yaşatdı. Qarşıdan gələn yarışlarda da daha yaxşı hazırlaşıb ilimi çempion olaraq başa vurmalıyam.
- Yarış necə keçdi?
- Yarış yaxşı keçdi. Hər bir şey yüksək şəkildə təqdim olunmuşdur. Təbii ki, çətinlik çəkdiyim məqamlarda oldu. Amma öhdəsindən gəlməyi bacardım
- Zədəniz sizə güləşməkdə çətinlik yaşatmadı?
- Heç bir maneəçilik törətmədi. Məşq prosesində zədəm mənə müəyyən mənada çətin vəziyyətə salsa da, başımı bağlayıb məşq edirdim. Həkimlərimiz sağolsun ki, mənə çox yaxşı baxırdılar.
- Daha öncədən çempion olacağınıza ümid edirdiniz?
- Əlbəttə ki, hər bir idmançının içində özünə inam və güvən olur. Mən də eyni şəkildə özümə inanırdım. Çünki bu yarış üçün çox əziyyət çəkmişdim. Sevindirici haldır ki, bəhrəsini gördüm.
- Bundan sonra qarşıda nə kimi planlarınız var?
- Dünya çempionatı gəlir. Bu yarışa da maksimum şəkildə hazırlaşıb, udmağa çalışacam. Əlimdən gələni edəcəm ki, öz komandamıza töhfə vermiş olum.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB