İtaliya A Seriyasının 32-ci turu Roma derbisi ilə yadda qalıb. SİA xəbər verir ki, paytaxtın eyniadlı klubu "Latsio"nun qonağı olub. “Olimpiko” stadionunda baş tutan qarşılaşma 1:1 hesabı ilə başa çatıb. 47-ci dəqiqədə “Latsio”nun müdafiəçisi Alessio Romaqnoli hesabı açıb. 69-cu dəqiqədə “Roma”nın hücumçusu Matias Soule hesabı bərabərləşdirib. 32 matçdan sonra "Latsio" 56 xalla A Seriyasının turnir cədvəlində altıncı yerdədir. "Roma" eyni sayda oyundan sonra 54 xalla yeddincidir. Yarışa 71 xala malik "İnter" başçılıq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB