Gimnaziada uğurla çıxış etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar

Serbiyanın Zlatibor şəhərində keçirilmiş Gimnaziada İdman Oyunlarında uğurla çıxış edən Azərbaycan təmsilçiləri Vətənə qayıdıblar.

SİA xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Qeyd edək ki, Azərbaycan idmançıları idman gimnastikası, kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis, badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis, taekvondo, karate, cüdo, güləş, qılıncoynatma və atletika idman növləri üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunub. Ölkəmiz yarışlarda 35-i qızıl, 12-si gümüş, 28-i bürünc olmaqla ümumilikdə 85 medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə