Qəbələ - Xankəndi ulturamarafonunun qalibləri BƏLLİ OLUB - FOTOLAR

Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub. SİA xəbər verir ki, sonuncu mərhələdə yarış iştirakçıları Ağdamda start götürərək 28 km məsafəni qət edib, Xakəndinə çatıblar.

Qəbələ-Xankəndi ulturamarafon yarışının dördüncü mərhələnin qalibi türkiyəli atlet Ömər Alkanoğlu, ikinci yeri isə onun həmyerlisi Üzeyir Söylemez, üçüncü yeri isə gürcüstanlı Giorgi Lomidze tutub.

Qadınlardan isə Türkiyədən olan Hasibe Deniz ən yaxşı nəticəni göstərib. Ukrayna təmsilçisi Olena Şevçenko ikinci, Leyla Abdinova isə üçüncü yerdə qərarlaşıb.

Dörd günün nəticələrinə əsasən Qəbələ-Xankəndi ulturamarafonun əsas qalibi Üzeyir Söylemez və Olena Şevçenko olub. Onlar yarışın baş mükafatına (4000 manat) layiq görülüb. Ömər Alkanoğlu və Hasibə Demir 2-ci (3000 manat), Giorgi Lomidze və rusiyalı Mariya Kalpakova (2000 manat) olub.

“İdman Paytaxtı” Qəbələ şəhərindən start götürən ultramarafona 81 atlet qatılıb. Onların 23-ü qadın, qalanları kişi idmançılardır. Yarış iştirakçıları arasında Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstan atletləri də mübarizə aparıb.

Qeyd edək ki, ümumilikdə 192 kilometr məsafəni əhatə edən ultramarafonun əvvəlki mərhələləri Qəbələdən Ağdaşa (kilometr), Ağdaşdan Bərdəyə (65 kilometr) və Bərdədən Ağdamadək (44 kilometr) olub. Əvvəlki üç mərhələnin qalibləri ayrıca təltif edilib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə