“Xankəndində qalib olduğum üçün qürur hissi keçirdim” - Ulturamarafonun qalibi DANIŞDI
“Yarışı birinci olaraq bitirdiyimə görə çox xoşbəxtəm”. Bunu SİA-ya açıqlamasında Qəbələ-Xankəndi ulturamarafonda dördüncü mərhələnin qalibi Ömər Alkanoğlu deyib.
O, qalib kimi öz hisslərini bölüşüb.
Atletin sözlərinə görə, bu onun Bakıda yarışdığı ikinci yarış olub: “Artıq ikinci dəfədir ki, Bakıda qalib oluram. Bütün təşkilatçılığa görə rəhbərliyə minnətdarlığımı bildirirəm. Hər şey çox möhtəşəm idi. Fiziki baxımdan bir sıra çətinlik çəksəm də, qalib olaraq bitirdim. Azərbaycanın tarixi torpağı olan Xankəndində qalib olmaq mənim üçün qürur hissidir”.
Qeyd edək ki, aprelin 10-da “İdman paytaxtı” Qəbələ şəhərində start götürən ulturamarafon yarışı Xankəndində başa çatdı.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə