“Hər şey çox yaxşı keçdi”. Bunu SİA-ya açıqlamasında Qəbələ-Xankəndi ulturamarafon yarışının iştirakçısı Araz Fətiyev deyib.
O bildirib ki, bir neçə gün ərzində yarışdığı zaman heç bir çətinlik çəkməyib: “Yarış təşkilatçılarına təşəkkür edirəm ki, yarışı yüksək səviyyədə təşkil ediblər. İkinci dəfədir ki, ulturamarafon yarışında iştirak edirəm. Birinci dəfə mübarizə apardığım zaman ağır zədə almışdım. Ona görə yarışı dayandırmalı oldum. Amma bu dəfə hər şey yaxşı keçdi. İlk 20-likdəyəm. Ümid edirəm ki, bu gündə sağ-salamat şəkildə marafonu başa vuracam”.
Qeyd edək ki, Qəbələdə start götürən ulturamarafon iştirakçıları son gün Ağdamdan 28 kilometri qət edərək Xankəndidə finiş edəcəklər.
Müəllif: Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə