Moskvanın "Lokomotiv " klubunun və Ukrayna milli komandasının keçmiş futbolçusu Aleksandr Əliyev Kiyevdə saxlanılıb. SİA xəbər verir ki, bu barədə Teleqraf məlumat yayıb. Məlumata görə, keçmiş futbolçunun saxlanılmasına səbəb sərxoş vəziyyətdə avtomobili idarə etməsi olub. Sərnişin oturacağında olan qadının isə polis maşınının kapotuna çıxdığı qeyd edilir. Əliyev İnstaqram səhifəsində ayıq olmaması ilə bağlı məlumatları təkzib edib. Adı daim qalmaqallarda hallanan çeçen əsilli keçmiş futbolçu Aleksandr Əliyev 2019-cu ildə həyat yoldaşı Tatyananı döydüyü üçün cinayət məsuliyyətinə cəlb edilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə