İspaniya La Liqasının 31-ci turunun "Leqanes" və "Barselona"nın qarşılaşdığı matç başa çatıb.
SİA-nın məlumatına görə, komandalar Municipal de Butarque stadionunda qarşılaşıb.
Qarşılaşmanı Fransisko Xose Hernandes Maesanın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
…Kataloniyalılar minimal hesablı qələbə qazanıb - 1:0.
Oyunun yeganə qolu 48-ci dəqiqədə vurulub.
Belə ki, "Leqanes"in müdafiəçisi Xorxe Saens topu öz qapısına göndərib.
Qeyd edək ki, "Barselona" İspaniya çempionatının turnir cədvəlində birincidir.
Hans-Diter Flick-in komandasının 70 xalı var. “Barselona” “Real”ı 7 xal qabaqlayır.
Amma “qaymaqlılar”ın bir oyunu azdır.
"Leqanes" isə 28 xalla 19-cu pillədə qərarlaşıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə