Futbol üzrə Misli Premyer Liqasında XXX turun daha iki oyunu keçirilib.
SİA xəbər verir ki, günün ilk matçında "Sabah" səfərdə "Turan Tovuz"un qonağı olub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün son matçında isə "Sumqayıt" öz meydanında "Şamaxı"nı qəbul edib. Bu görüşdə isə qonaqlar qələbəni bayram ediblər - 2:1. Bu nəticələrdən sonra "Turan Tovuz" 47 xalla 4-cü, "Sabah" 36 xalla 5-ci, "Şamaxı" 31 xalla 7-ci, "Sumqayıt" isə 29 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XXX turun açılış oyununda "Qarabağ" səfərdə "Səbail"ə 4:1 hesabı ilə qalib gəlib. Tura aprelin 13-də keçiriləcək iki matçla yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə