Avropa çempionatı: 5 güləşçi mübarizəyə başlayır

Güləş üzrə Avropa çempionatı davam edir.

SİA xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən yarışın 6-cı günündə yunan-Roma güləşçiləri xalçaya çıxıblar.

Beş çəkidə mübarizəyə start verilib, digər 5 kateqoriyada mükafatçılar bəlli olacaq. Azərbaycan millisinin 9 “klassik”i də azarkeşlərini sevindirməyə çalışır.

Onlardan beşi mübarizəyə bu gün başlayıb. Pəhləvanlarımızdan dördü günü medalla bitirmək üçün güləşəcək. Bir güləşçimiz qızıl, üçü bürünc görüşündə mübarizə aparacaq.

Avropa çempionatı
12 aprel
Yunan-Roma güləşi

55 kq
Eldəniz Əzizli finalda Emin Seferşayev (UWW) ilə qarşılaşacaq.

60 kq
Nihat Məmmədli 1/8 finalda litvalı Yustas Petraviçyusa tam üstünlüklə (9:0) qalib gələrək 1/4 finala yüksəlib.

63 kq
Murad Məmmədov bürünc uğrunda qarşılaşmada Tino Ojala (Finlandiya) - Vitali Yeriomenko (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.

67 kq
Həsrət Cəfərov 1/8 finalda isveçrəli Andreas Vetşi sınağa çəkəcək.

72 kq
1/8 finaldan mübarizəyə başlayacaq Ülvi Qənizadə macarıstanlı Levante Levalla üz-üzə gələcək.

82 kq
Qurban Qurbanov 1/8 finalda Samvel Qriqoryanla (Ermənistan) qarşılaşacaq.

87 kq
İslam Abbasov 3-cü yer uğrunda görüşdə Karen Xaçatryan (Ermənistan)/ Yaroslav Filçakov (Ukrayna) cütünün qalibini sınağa çəkəcək.

97 kq
Murad Əhmədiyev 1/16 finalda türkiyəli Beytullaha tam üstünlüklə qalib gələrək 1/8 finala adlayıb.

130 kq
Beka Kandelaki təsəlliverici görüşdə David Ovasapyana (Ermənistan) 2:0 hesabı ilə qalib gəlib. O, bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Qeyd edək ki, “X-Bionic” İdman Kompleksində keçiriləcək qitə birinciliyinin görüşləri hər gün Bakı vaxtı ilə saat 12:30-da start götürür. Yarımfinallar 18:45-də, medallar uğrunda qarşılaşmalar isə 20:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə