Komanda olaraq hamı yaxşı oynadı. Meydanda fərdi yox, kollektiv şəkildə mübarizə apardıq”.
SİA xəbər verir ki, bu sözlər "Kəpəz"in futbolçusu Valdemar Almeyda klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
“Sabah”la oyundan danışan yarımmüdafiəçi vurğulayıb ki, matça ciddi yanaşıblar: “Güclü, yaxşı rəqibə qarşı ağıllı oynadıq. Görüşə düzgün hazırlaşmışdıq. Göstərdik ki, biz varıq və daha yaxşısını edə bilərik”.
“Pana” ləqəbli futbolçunun qolu “Kəpəz”ə qələbə gətirib. O, fərqlənməsini uğurlu komanda işinin nəticəsi kimi qiymətləndirib: “Hər bir futbolçu qol vurmağı xoşlayır. Mənim üçün belə imkan yarandı və fürsətdən yararlandım. Fərqləndiyim və xüsusən də qolum komandaya qələbə qazandırdığı üçün sevincliyəm. Qol epizodunda hamının rolu var. Vəziyyəti komanda olaraq yaratdıq. Belə oynamağa davam etməliyik”.
33 yaşlı yarımmüdafiəçi komandasının elitada yerini qoruyacağına əvvəlcədən inandığını deyib: “Çempionatın əvvəlində vəziyyət olduqca mürəkkəb idi. Hamı söyləyirdi ki, “Kəpəz” bu mövsüm daha bacarmayacaq. Amma biz bunun əksini sübut etdik. Bunun üçün çox çalışdıq. İstəyimizə də nail olduq”.
Almeyda “Araz-Naxçıvan” ilə qarşıdakı oyuna da uğurlu nəticə üçün çıxacaqlarını söyləyib: “Növbəti oyun barədə fərqli düşünmürük. Qələbə qazanmaq istəyirik. Lakin bu, son oyunda olduğu kimi eyni ambisiya və əzmlə mümkün olacaq. Çünki “Araz-Naxçıvan” klubunun da yaxşı qurulmuş heyəti var. Çətin oyun gözləyir bizi. Üç xal qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə