"Bornmut”un ispaniyalı müdafiəçisi Din Heysen “Real”da oynamaq niyyətindədir. SİA xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb. Mənbənin sözlərinə görə, futbolçu ilə maraqlanan “Barselona” ondan cavab alıb. Heysen Kataloniya klubuna Madrid komandasında oynamaq niyyətində olduğunu bildirib. O, Vinisius Junior, Cud Bellingem və Eduardo Kamavinga kimi gənc istedadların yer aldığı “Real”ı daha çoxbəyənir. Serxio Ramos onun kumiridir. Bu, “qalaktiko”u seçmək üçün başqa birsəbəbdir. “Real” isə Dini yaxından izləməkdə davam edir. Qeyd edək ki, cari mövsümdə Heysen klub səviyyəsində 29 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə