AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayevlə bağlı şikayəti təmin etməyib. SİA milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, AFFA İntizam Komitəsinin aprelin 1-də verdiyi qərar qüvvədə saxlanılıb.
Qeyd edək ki, Ayaz Abdullayev “Ağdaş”la oyun bitdikdən sonra hakimi təhqir etmişdi. Klub rəsmisi 3 oyun şərti olmaqla 5 matçlıq cəzalanıb, II Liqa təmsilçisi isə 400 AZN məbləğində cərimə olunub. A.Abdullayevə 3 ay sınaq müddəti təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə