Beynəlxalq Xankəndi ulturamarafon yarışına start verilib - YENİLƏNİB - FOTOLAR

Beynəlxalq Xankəndi Ulturamarafon yarışının açılış mərasimi keçirilib. SİA xəbər verir ki, İdman paytaxtı Qəbələ şəhərində start götürən yarışda 83 nəfər mübarizə aparacaq.

Mərasimdə Qəbələ İcra başçısı müavini Ətayə Osmanova, Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva, Gənclər və İdman nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, marafon iştirakçıları və media nümayəndələri iştirak ediblər.

Qəbələ Rayon İcra Başçısının müavini Ətayə Osmanova hər kəsi salamlayaraq, idmançılara uğurlar arzulayıb: “Qəbələ rayonu bu gün nəinki republikamızda eyni zamanda ölkə xaricindədə böyük populyarlığa malikdir. Bu gün keçirilən Qəbələ-Xankəndi yolunda iştirak edən hamıya uğurlar arzulaylram, yolunuz uğurlu olsun”.

Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva vurğulayıb ki, bu güb çox önəmli bir tədbirin açılışda yığışmışıq: “Ulturamarafonun həyata keçirilməsində əməyi olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Biz Azərbaycan torpaqları 30 il erməni işğalında olmuşdur. Həmin niskili bizim ürəyimizdən çıxaran Ali Baş Komandan, cənab Prezident İlham Əliyev oldu. Biz 44 günlük müharibə və antiterror nəticəsində öz torpaqlarımızı geri qazandıq. Bu gün biz çox qürurluyuq. Bir azərbaycanlı olaraq alnı açıq, üzü ağ şəkildə böyük qürurla Qəbələfə start verdiyimiz yarışı Xankəndidə başa vuracayıq. Yarışın sonuncu günündə iştirakçılarımız 44 km məsafəni qət edəcəklər. Bu rəqəmdə müəyyən mənada simvolik xarakter daşıyır. Çox qürurlu bir yoldur. Çətin olduğunu nəzərə alaraq yolunuz açıq olsun”.

Gənclər və İdman nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov bildirib ki, ötən il 61 iştirakçı mübarizə aparırdısa indi 83 nəfər öz gücünü sınayacaq. Bununla yanaşı bir sıra statik göstəricilərimiz yüksəkdir. Bu da ona deməyə dəlalət edir ki, bu ulturamarafon yarışmız daha da inkişaf edərək, böyük bir nəticəyə nail olacaq. Hər bir anın qədrini bilməliyik. Bir neçə il bundan öncə Xankəndində və digər tarixi torpaqlarımızda hansısa yarışın keçiriləcəyi barədə fikir söylənilsəydi bizə fantastik gələrdi. Amma biz bu gün bunu bacarırıq”.

Rəsmi çıxışlardan sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Dövlət Himni səsləndirilib.

Beynəlxalq Xankəndi Ulturamarafon yarışı açıq elan edilib. Bütün yarış iştirakçıları Qəbələdən strat götürərək 192 km məsafəni qət etməyə çalışacaqlar. 83 nəfərin mübarizə apardığı ulturamarafon yarışı aprelin 13-dək davam edəcək.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə