BOK 2030-cu il Qış Olimpiya Oyunlarının Fransanın Alp dağlarında keçirilməsi ilə bağlı müqavilə imzalayıb. SİA xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) icraçı direktoru Kristof Dubi bildirib. İyulun 24-də Beynəlxalq Olimpiya Komitəsi 2030-cu il Olimpiadasına ev sahibliyi etmək hüququnu şərti olaraq Fransaya həvalə etmişdi. BOK prezidenti Tomas Bax bəyan edib ki, ev sahibliyi ilə bağlı müqavilə yalnız dövlət zəmanəti verildikdən sonra imzalanacaq. Bundan əvvəl fransalı klimatoloqlar Alp dağlarında keçiriləcək Olimpiadada qar yağmayacağından, yarışların süni qarla keçirilməsini tələb edəcəyindən narahatlıqlarını ifadə etmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə