"Turan Tovuz"un azarkeşi vurmağa cəhd edən futbolçusu cəzalandırılıb

"Turan Tovuz"un azarkeşi vurmağa cəhd edən futbolçusu cəzalandırılıb

Misli Premyer Liqasında XXIX turunda “Səbail”lə matçda azarkeşi vurmağa cəhd edən "Turan Tovuz"un futbolçusu Veysəl Rzayev 1-i şərti olmaqla 2 oyunluq cəzalandırılıb. SİA xəbər verir ki, bu barədə AFFA-nın İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Həmçinin futbolçunun intizamsızlığına görə Tovuz təmsilçisi 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin olunub.

“Sabah” – “Kəpəz” oyunu bitdikdən sonra Gəncə klubu azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 1500 manat ziyana düşüb.

“Araz-Naxçıvan” – “Sumqayıt” oyununda isə azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə Sumqayıt təmsilçisi 1000 manat cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə