Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XVIII turun oyunları keçiriləcək. SİA-nın məlumatına görə, saat 14:00-da MOİK - “Neftçi”, 16:00-da “Azərreyl” - “Xilasedici”, 18:00-da isə “Murov Az Terminal” - “Gənclər” matçları baş tutacaq.
“Azərreyl” və “Murov Az Terminal” 41 xalla müvafiq olaraq birinci və ikinci pillədə yer alıblar. “Xilasedici” üçüncü (39 xal), “Neftçi” dördüncü (23 xal), MOİK beşinci (8 xal), “Gənclər” (1 xal) isə sonuncu - altıncı yerdədir.
Qeyd edək ki, hər üç oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə