"Parma”nın və Kolumbiya yığmasının sabiq yarımmüdafiəçisi Xorxe Bolano vəfat edib. SİA “El Tiempo”ya istinadən bildirir ki, Bolano Kukutada ziyafətdə olarkən infarkt keçirib. Onun 47 yaşı var idi. Bolano “Parma”da yeddi mövsüm keçirib və Lilian Tyuram, Fabio Kannavaro, Hernan Krespo və Canluici Buffon kimi ulduzların daxil olduğu komandanın əsas oyunçusu olub. Kolumbiya millisinin heyətində Bolano 34 oyun keçirib və 1 qol vurub. 1998-ci ildə dünya çempionatında iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə