Azərbaycanın 5 güləşçisi Avropa çempionatında mübarizəyə başlayır

Slovakiyanın paytaxtı Bratislavada güləş üzrə Avropa çempionatına start veriləcək. SİA-nın məlumatına görə, bu gün Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq), Orxan Abasov (79 kq) və Abubakr Abakarov (97 kq) döşək üzərinə çıxacaqlar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 13-dək davam edəcək. Görüşlər hər gün, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə