Milli Hokkey Liqasında yeni rekord qeydə alındı

Vaşinqton Kepitals"ın hücumçusu Aleksandr Oveçkin Milli Hokkey Liqasının (NHL) müntəzəm mövsümündə "Nyu-York Ayleners"ə qarşı oyunda 895-ci qolunu vurub. SİA xəbər verir ki, bununla da o, 894 qol vuran Stenli Kubokunun dördqat qalibi Ueyn Qretskinin rekordunu qırıb. A.Oveçkin rəqib komandada çıxış edən həmyerlisi İlya Sorokinə qol vurub. Beləliklə, Oveçkin liqanın ən dəqiq snayperləri reytinqinə başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə