Azərbaycanın sərbəst güləş komandası Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında uğurlu çıxışını davam etdirir.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, təmsilçilərimizdən Fərid Hüseynli (52 kiloqram, gümüş), Məhəmməd Həsənli (62 kiloqram, gümüş), Tamerlan Namazlı (48 kiloqram, bürünc) və Elcan Həsənov (57 kiloqram, bürünc) medallar əldə ediblər.
Qeyd edək ki, daha əvvəl Elman İsmayılov (38 kiloqram) qızıl, İbrahim Həsənov (44 kiloqram) qızıl, Hüseyn Rzazadə isə gümüş medallar (41 kiloqram) qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə