"Real”ın iki futbolçusu “Arsenal”a qarşı oynamaya bilər

"Real Madrid”in müdafiə və yarımmüdafiə mövqeyində çıxış edən iki futbolçusu "Çempionlar Liqa”sının 1/4 finalında İngiltərənin "Arsenal”ına qarşı oynamaya bilər. SİA xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano COPE-a istinadən bildirib.

"Müdafiəçi Ferlan Mendi "Arsenal”la oyunu, yəqin ki, buraxacaq”, – insayder yazıb. Daha sonra o, mərkəz yarımmüdafiəçisi Dani Sebalyosun da, ehtimal ki, "topçular”la mübarizə apara bilməyəcəyini əlavə edib: "Hələ ki hazır deyil”.

Xatırladaq ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk iki qarşılaşması, o cümlədən "Arsenal” – "Real Madrid” matçı aprelin 8-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə