Azərbaycan idmançıları Gimnaziadada mübarizəyə başlayırlar

Azərbaycan idmançıları Gimnaziadada mübarizəyə başlayırlar

Bu gün Serbiyanın ev sahibliyi etdiyi Gimnaziada İdman Oyunlarına start veriləcək. SİA xəbər verir ki, ilk yarış günündə Azərbaycan idmançıları da mübarizə aparacaq. Təmsilçilərimiz 6 idman növündə - qılıncoynatma, güləş, şahmat, badminton, tennis və idman gimnastikasında qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, aprelin 6-da start götürəcək və 12-də başa çatacaq yarışda 56 ölkənin 2742 idmançısı mübarizə aparacaq. Azərbaycan 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə