Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu turuna yekun vurulacaq

Bu gün Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turuna yekun vurulacaq. SİA-nın məlumatına görə, ilk olaraq "Sabah" "Naxçıvan"la münasibətlərinə aydınlıq gətirəcək.

Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 12:30-da başlayacaq.

Günün sonuncu qarşılaşmasında isə "Gəncə "Sumqayıt"la üz-üzə gələcək. Saat 14:00-da start götürəcək matç Gəncə İdman Sarayında baş tutacaq.

A qrupuna 34 xalla "Sabah" basketbolçuları başçılıq edir. Onları 34 xalla "Naxçıvan" klubu izləyir.

B qrupunda isə "Gəncə" 33 xalla ikincidir. 27 xalı olan "Sumqayıt" dördüncü sırada yer alıb.

Qeyd edək ki, XX turun əvvəlki matçlarında "Şəki" "Lənkəran"ı 107:78, “Ordu” “Quba”nı 97:88, "Neftçi" "Abşeron"u 85:77, "Sərhədçi" isə NTD-ni 103:77 hesabı ilə məğlub edib.

Bütün xəbərlər Facebook səhifəmizdə