Azərbaycanın xizək alpinistləri İsveçrədə dünya kubokunda iştirak ediblər
Azərbaycanın xizək alpinistləri Nəzrin Qəribova və Seyid Sədrəddinov İsveçrənin Villars-Sur-Ollon qəsəbəsində keçirilmiş dünya kubokunda iştirak ediblər. SİA xəbər verir ki, qadın idmançımız 21 ölkədən olan 62 iştirakçı arasında yarışın sprint növü üzrə 33-cü yeri tutub.
Seyid Sədrəddinov isə 75 xizçəkçi arasında 67-ci yerə sahib olub. Yarışın qarışıq estafet növündə də qüvvəsini sınayan təmsilçilərimiz 42 cütlük arasında 37-ci yerdə qərarlaşıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə