"Arsenal" "Everton"la səfər oyununda xal itirib

"Arsenal" "Everton"la səfər oyununda xal itirib

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXI tura start verilib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, açılış oyununda "Arsenal" səfərdə "Everton"la qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Matçda ilk qolu qonaqlar vurublar. Leandro Trossard 34-cü dəqiqədə komandasını hesabda önə keçirib. Qarşılaşmada son nöqtəni isə 49-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Lliman Ndiaye qoyub.

Bu nəticədən sonra "Arsenal" 62 xalla 2-ci, "Everton" isə 35 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları bu gün və sabah oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə