Qadınlardan ibarət futbol yığmamız səfərdə Litvaya qalib gəlib

Qadınlardan ibarət futbol yığmamız səfərdə Litvaya qalib gəlib

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında ikinci oyununu keçirib.

SİA xəbər verir ki, C Liqasının 4-cü qrupunda yer alan yığma Vilnüsdə Litva seçməsinin qonağı olub. “Jalgiris” stadionunda təşkil olunan qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində qolları 21-ci dəqiqədə Esra Manya və 55-ci dəqiqədə Nigar Mirzəliyeva vurub. İlk turda Monteneqro seçməsi ilə qolsuz heç-heçə edən Siyasət Əsgərovun yetirmələri bu qələbə sayəsində xallarının sayını 4-ə çatdırıb. Millimiz növbəti matçını aprelin 8-də səfərdə Monteneqro yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə