"Ehtiyat skamyanın kasad olması yenə də öz sözünü dedi" - Baş məşqçi DANIŞDI

"Ardıcıl məğlubiyyətlərdən sonra yaranmış psixoloji durum bu oyuna da təsir etdi". SİA xəbər verir ki, bunu "Lənkəran" basketbol klubunun baş məşqçisi Georgi Kondruseviç deyib.

O bildirib ki, ehtiyat skamyanın kasad olması yenə də öz sözünü deyib: "Ötən matçlarda olduğu kimi yenə də yalnız ilk 2 periodda rəqibə müqavimət göstərə bildik. Daha sonra yorğunluq öz sözünü dedi. Müdafiədə passiv olmağımız da bu yeniliyə səbəb olan əsas amillərdən oldu. Bu matçda da azarkeşlərin böyük dəstəyi var idi. Onlara bu dəstəyə görə təşəkkür edirik. Doğma meydanda qələbə qazana bilmədiyimiz üçün məyusuq. Artıq play-indəki oyunlara köklənəcəyik. O matçlarda maksimumu etməyə çalışacağıq".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə