Müntəzəm mövsümdə sonuncu tura start verilib

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - XX turu start götürüb. SİA-nın məlumatına görə, bu gün bir oyun keçirilib.

"Şəki" səfərdə "Lənkəran"ın qonağı olub.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüşdə qonaqlar 107:78 hesablı qələbəyə seviniblər.

Yer aldığı B qrupunu 36 xalla ilk sırada başa vuran "Şəki" pley-offa yüksəlib. "Lənkəran" isə 23 xalla sonuncu olub.

Qeyd edək ki, tura aprelin 6-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə