Beynəlxalq Həndbol Federasiyasının keçmiş prezidenti vəfat edib

Beynəlxalq Həndbol Federasiyasının keçmiş prezidenti vəfat edib

Beynəlxalq Həndbol Federasiyasının (IHF) keçmiş prezidenti Ervin Lanz 94 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə IHF-nin mətbuat xidməti məlumat yayıb.

Avstriyalı sabiq rəhbər 1984-2000-ci illərdə IHF prezidenti vəzifəsində çalışıb. 1977-1995-ci illərdə Avstriya Həndbol Federasiyasına rəhbərlik edib. O, hər iki təşkilatın fəxri prezidenti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə