16-21 yaşlı taekvondoçuların Azərbaycan çempionatı keçiriləcək. SİA xəbər verir ki, bu barədə Taekvondo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda təşkil olunacaq yarışda 165 taekvondoçu (107 kişi, 58 qadın) çempionluq uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, sabah startı veriləcək yarış aprelin 3-nə qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə