Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək. SİA xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Gimnastlar turnirdə ayrı-ayrı alətlər və çoxnövçülük üzrə bacarıqlarını göstərəcəklər. Ən çox icra xalını toplayan gimnast və qrup komandasına “AGF Trophy” Kuboku təqdim olunacaq.
Qeyd edək ki, yarış aprelin 18-20-də Milli Gimnastika Arenasında təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə