Şəhriyarla Teymur reytinqdə gerilədi

FİDE şahmatçıların yeni reytinq siyahısını açıqlayıb. SİA xəbər verir ki, Şəhriyar Məmmədyarov (2748) 13-cü pillədə qərarlaşıb. O, sıralamada iki pillə geriləyib. Ötən ayla müqayisədə 4 pillə geriləyən Teymur Rəcəbov (2692) isə 39-cudur. Rauf Məmmədovun (2657) da reytinqi aşağı düşüb. Ötən ay 67-ci olan qrossmeyster hazırda 69-cudur. Kişilərin reytinq cədvəlinə Maqnus Karlsen (Norveç, 2837) başçılıq edir. Qadınların sıralamasında Gövhər Beydullayeva (2400) 45-ci, Günay Məmmədzadə (2390) 53-cü yeri tutur. Onların hər ikisi ötən ayla müqayisədə iki pillə geriləyiblər. Digər milli üzvlərindən Ülviyyə Fətəliyeva (2387) 57-ci, Xanım Balacayeva (2358) 85-ci pillədəki mövqeyini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə