Neymar Xorxe Xesusun Braziliya millisinə mümkün gəlişi ilə bağlı sualı cavablandırmayıb. SİA xəbər verir ki, bundan əvvəl məlum olmuşdu ki, Dorival Juniorun istefasından sonra “Əl-Hilal”ın baş məşqçisi Braziliya yığmasının baş məşqçisi postuna əsas namizədə çevrilib. Neymarla münaqişəsi olan məşqçinin mövsümün sonunda vəzifəsini icra etməyə hazır olduğu bildirilir. “Mundo Deportivo” yazır ki, Neymardan Xesusun milli komandaya təyin olunma ehtimalı barədə nə hiss etdiyini soruşduqda, Neymar əsəbiləşib. “Mənim bununla heç bir əlaqəm yoxdur. Mən oyunçuyam, məni bu işə sürükləməyin”, – Neymar bildirib. Braziliyalı hücumçu Xesusun “Əl-Hilal”da ona güvənmədiyini deməsindən sonra yanvarda “Santos”a qayıtmışdı. Daha sonra Neymar məşqçinin sözlərinə zidd olan bir neçə sərt açıqlamalar vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə