Futbol üzrə Norveç çempionatında “Bodo-Qlimt”lə qarşılaşmada “Brayne”nin hollandiyalı qapıçısı Yan de Bur ən yaxşı oyunçu seçilib və mükafata layiq görülüb.
SİA xəbər verir ki, bu barədə klubun İnstaqram səhifəsində məlumat verilib.
…Jan de Bur, bu matçda dörd qutu yumurta ilə evə gedib.
Fotoşəklin başlığında "traktor", "yumurta" və "tavada qızardılmış yumurta" üçün emojilər də olub.
24 yaşlı De Bur, 2025-ci ilin fevralında Bryne-ə qoşulub. "Bodo-Qlimt"lə qarşılaşma (0:1) onun klubda debütü olub.
...Rusiyalı qapıçı Nikita Xaykin “Bodo-Qlimt”də çıxış edir. O, 2019-cu ildən komandanın şərəfini qoruyur. Klubun tərkibində Xaykin Norveç çempionu olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə