“Mən çox xoşbəxtəm. Bəli, məni MVP seçdilər, amma ən vacibi komandanın uğurudur”. SİA xəbər verir ki, bunu NTD komandasının üzvü Detrek Brauninq klubun mətbuat xidmətinə açıqlama verib.
O Azərbaycanın ən güclü komandası olduqlarını sübut etdiyini vurğulayıb: “Çox istəyirdik ki, qalib gələk və Kuboku qazanaq. Mən, Tayri Boykin və Kvinton Kempbell yanvar ayında komandaya qoşulduq. İlk oyunumuz Kubokda “Lənkəran”a qarşı oldu. O zaman qarşımıza məqsəd qoyduq – Kuboku qazanmaq. Və iki ay sonra bunu bacardıq. Kubokda limit fərqlidir. Kuboku qazanmaq üçün bir ailə kimi olmaq lazımdır. Bu komanda qələbəsidir. Və bu qələbə bizi daha güclü etdi. Bu titul bizə liqa oyunlarında da daha çox inam verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə