Gimnastika üzrə Dünya Kuboku seriyası başlayır

Bu həftə bədii gimnastika üzrə Dünya Kuboku seriyasına start veriləcək. SİA xəbər verir ki, 4 mərhələdən ibarət yarışlardan biri Bakıda baş tutacaq.

İlk turnir aprelin 4-6-da Bolqarıstanın paytaxtı Sofiyada olacaq. Qarşıdakı yarışda Azərbaycanı İlona Zeynalova və Zöhrə Cəfərova təmsil edəcəklər.

Dünya Kubokunun mərhələləri:

4-6 aprel - Sofiya (Bolqarıstan)
18-20 aprel - Bakı
25-27 aprel - Daşkənd (Özbəkistan)
18-20 iyul - Milan (İtaliya)

Bütün xəbərlər Facebook səhifəmizdə