Bakıda keçirilən “AGF Trophy” turnirinə yekun vurulub

Bakıda keçirilən "AGF Trophy" beynəlxalq turnirinə yekun vurulub.

SİA xəbər verir ki, son olaraq Azərbaycanın daha iki gimnastı fəxri kürsüyə qalxıb.

Bədii gimnastika üzrə böyüklərdən ibarət milli komandanın üzvlərindən Kamilla Seyidzadə top proqramında gümüş, Zöhrə Cəfərova lentlərlə hərəkətlərin icrasında bürünc mükafata layiq görülüb.

Bu nəticədən sonra Azərbaycan təmsilçiləri medallarının sayını 14-ə çatdırıb.

Qeyd edək ki, üç gün davam edən yarışda ümumilikdə 16 ölkədən 68 fərdi gimnast və 14 qrup hərəkətləri komandası iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə