Azərbaycan idmançıları xizək alpinizmi üzrə Dünya Kubokunun final mərhələsində - FOTOLAR
Azərbaycan idmançıları Fransanın Puy-Saint Vinsent qəsəbəsində keçirilən yeniyetmələr arasında xizək alpinizmi üzrə Dünya Kubokunun final mərhələsində iştirak ediblər. SİA xəbər verir ki, Nəbiyulla Qələbəqiyev yarışın vertikal növündə 16 ölkədən olan 38 peşəkar idmançı arasında 7-ci, individual növdə isə 13 cü yerdə qərarlaşaraq xizək alpinizmi üzrə dünya reytinqində 53 idmançı arasında 12-ci yerə yüksəlib.
Digər idmançımız Ramin Beybutov isə vertikal növdə 31-ci, individual növdə isə 30-cu yerə sahib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə