Premyer Liqa: “Neftçi”-“Sumqayıt” oyunu heç-heçə yekunlaşıb

Futbol üzrə Misli Premyer Liqasında XXVIII turun növbəti oyunları keçirilib.

SİA xəbər verir ki, ilk olaraq meydana "Neftçi" və "Araz-Naxçıvan" komandaları çıxıblar. "Neftçi Arena"da təşkil olunan görüş heç-heçə yekunlaşıb - 1:1.

Günün ikinci matçında isə "Sumqayıt" doğma meydanda "Sabah"ı qəbul edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş oyunda da heç-heçə qeydə alınıb - 3:3.

Bu nəticələrdən sonra "Araz-Naxçıvan" 48 xalla 3-cü, "Sabah" 36 xalla 5-ci, "Neftçi" 32 xalla 6-cı, "Sumqayıt" 29 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, tura martın 30-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə