ABŞ-Türkiyə matçının biletləri satışa çıxarılıb

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində 7 iyun şənbə günü Türkiyə Futbol Komandasının kubokun ev sahiblərindən olan ABŞ ilə qarşılaşacağı xüsusi yarış üçün qonaq komandanın tribuna bilet satışına başlanılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Konnektikut ştatının East Hartford şəhərindəki Pratt & Whitney Stadiumunda oynanılacaq və saat 22.40-da başlayacaq matçın bilet satış təşkilatı ABŞ Futbol Federasiyası tərəfindən həyata keçirilir və baş verə biləcək hər hansı neqativ vəziyyətdə TFF məsuliyyəti qəbul etməyəcək.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə