Martın 31-dən aprelin 11-dək Yunanıstanın Rodos adasında keçiriləcək Avropa çempionatında çəxış edəcək Azərbaycan qadın şahmatçılarının sayı artıb.
SİA xəbər verir ki, yarış üçün ilk olaraq Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova və Səbinə İbrahimova qeydiyyatdan keçib.
Sonra Nərmin Abdinova və Lalə Hüseynova da onlara qoşulub.
Beləliklə, səkkiz şahmatçımız Avropa çempionatında çıxış edəcək.
137 iştirakçının qatılacağı Avropa çempionatının reytinq favoriti Nino Batsiaşvili (Gürcüstan) olacaq. Ülviyyə Fətəliyeva isə hazırkı Avropa çempionu statusunda çıxış edəcək.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçiriləcək yarış 11 turdan ibarət olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə