Yarım milyonluq maşınını satdı

“Aston Villa” da icarə əsasında çıxış edən “Mançester Yunayted” in 27 yaşlı forvardı Reşford avtomobilini dəyişib. SİA xəbər verir ki, Reşford təxminən 450.000 funt-sterlinq dəyərində olan “Lamborghini Aventador SVJ”ni satıb və 177.000 funt-sterlinqə “Audi RS 6 Avant GT” alıb. Onun yeni avtomobili 660 ədəd məhdud tirajla buraxılıb. Avtomobil 621 at gücü hasil edən 4,0 litrlik V8 mühərriki ilə təchiz edilib.

Xatırladaq ki, 2024-cü ilin iyulunda Reşford sürət həddini aşdığına görə 6 ay müddətinə sürücülük vəsiqəsindən məhrum edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə